Cennifer Lopez Sofi Loren obrazı ilə heyran qoydu - FOTO

Cennifer Lopez Sofi Loren obrazı ilə heyran qoydu - FOTO
09:14 16-01-2020 | icon 53

Dünya şöhrətli müğənni Cennifer Lopez yenidən “Guess” brendinin siması olub.

milletinsesi.info xəbər verir ki, cazibədarlığı və seksuallığı ilə diqqətləri çəkən pop ulduz dünyaca məşhur aktrisa Sofi Lorenin obrazında kameralar önünə keçib.

O, “Guess&Marciano” markasının yaz-yay kolleksiyası üçün cəsarətli və ehtiraslı pozlar verib. CeyLonun biri-birindən gözqamaşdıran və rəngarəng fotoları izləyicilərin marağına səbəb olub.

Onlar ulduzu şərhləri ilə təriflərə qərq ediblər.

Rəşad Əliyev