Cəlilabadda ölümlə nəticələnən qəza baş verdi – VİDEO

Cəlilabadda ölümlə nəticələnən qəza baş verdi – VİDEO
06:14 16-01-2020 | icon 295

Cəlilabad rayonunda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində, "Ford" markalı yük maşını ilə "Vaz-2106" markalı minik avtomobili toqquşub.

Zərbənin təsirindən “Vaz-21 06 iki hissəyə bölünüb.

Qəza zamanı Salyan rayon sakini, Məmmədov Ağarəhim Kamil oğlu hadisə yerində dünyasını dəyişib. Yaralanan 2 nəfər Şəki şəhər sakini, Bədəlova Gültəkin Əyyub qızı və Bakı şəhər sakini Tahirov Yaşar Ərəb oğlu Təcili Tibbi yardım maşınlarının köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.