Avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var – FOTO/VİDEO

Avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var – FOTO/VİDEO
05:35 16-01-2020 | icon 294

Paytaxın Nərimanov rayonu ərazisində 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Opel markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəlcə piyada nişanı, sonra isə işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin dediklərinə görə, qəza zamanı avtomobilin sürücüsü və bir nəfər xanım sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Ərazidəki vətəndaşların köməkliyi ilə deformasiyaya uğramış avtomobil səkidən düşürülərək qəza yerindən evakuasiya edilib.

Faktla bağlı araşdırma aparılır.