Azərbaycanlını saxta sənədlə qeydiyyata alan rusiyalı üç ilə qədər həbs oluna bilər

Azərbaycanlını saxta sənədlə qeydiyyata alan rusiyalı üç ilə qədər həbs oluna bilər
18:00 15-01-2020 | icon 84

Rusiyada qanunsuz yaşayan azərbaycanlıya görə cinayət işi başlanılıb.

Orenburq vilayətinin Saraktaş rayonunda polis işçiləri və Miqrasiya İdarəsinin rəisi xarici vətəndaşın saxta sənədlər əsasında qeydiyyata alındığını aşkar edib.

35 yaşlı Saraktaş sakini olan gənc 2019-cu ilin dekabr ayında bir Azərbaycan vətəndaşını qanunsuz yolla öz yaşayış sahəsində qeydiyyata alıb.

Faktla bağlı Rusiya Daxili İşlər Nazirliyində cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Bu məsələ ilə bağlı ittiham olunan şəxsi üç ilə qədər həbs cəzası gözləyir.