AQTA-nın hərəkətsizliyindən ŞİKAYƏT

AQTA-nın hərəkətsizliyindən ŞİKAYƏT
17:58 15-01-2020 | icon 327

Bakının Qaradağ rayonu, Hövsan qəsəbəsinin sakinləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hərəkətsizliyindən şikayətçidirlər.

Sakinlərin verdiyi məlumata görə, qəsəbənin Nizami küçəsində, 166 nömrəli tam orta məktəbin qarşısında qəssabxananın fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilsə də, baxılmayıb.

“Biz Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, rayon icra hakimiyyətinin başçısına da müraciət ünvanlamışıq. Dərdimizi başqa kimə deyək?! Müraciət edirik ki, deyirlər ki, tədbirlər görüləcək, amma hər hansı qadağadan söhbət gedə bilməz, ət mağazası əvvəlki qaydada işləyir.

Səlahiyyətli şəxslər başa düşməlidir ki, insanların intensiv gediş-gəlişi olduğu yerdə, xüsusilə də məktəbin yaxınlığında qəssabxana fəaliyyət göstərə bilməz. İri və xırdabuynuzlu heyvanları məktəbin yaxınlığında kəsmək nə deməkdir? Bu, uşaqların psixologiyasına mənfi təsir edir. Səlahiyyətli şəxslərin tədbir görməməsindən belə başa düşülür ki, qəssabxananın sahibi İbrahimov Seymur Zahir oğlundan qorxurlar” – sakinlər bildirib.

Qəsəbə sakinləri məsələ ilə bağlı ölkə rəhbərliyinə şikayət edəcəklərini deyiblər. 

qessab1qessab2