Keçmiş məhkum girdiyi evdə yuxuya getdi

Keçmiş məhkum girdiyi evdə yuxuya getdi
17:35 15-01-2020 | icon 58

Rusiyada yatmaq üçün başqasının evinə girən keçmiş məhkum saxlanılıb.

REN TV-nin xəbərinə görə, Amur vilayətində 36 yaşlı keçmiş məhkum dəfələrlə yatmaq üçün eyni mənzilə gedib.

O, mənzildən oğurluq etməyib, yalnız divanda uzanaraq dincəlib.

Bir dəfə onu yuxu tutub və ev sahibinin gəlişindən xəbəri olmayıb.

Evində yad kişi görən qadın qorxaraq qışqırıb, qonşunun köməyilə qapını bağlayaraq polis çağırıb.

Polislər hadisə yerinə gələndə mənzildə heç kim olmayıb.

Sonradan həmin şəxs özü polisə gəlib, lakin qadın ona vurulduğu üçün şikayətçi olmayıb.