Samir Nuriyev iclasda icra başçısı Alimpaşa Məmmədovu tənqid edib?!

Samir Nuriyev iclasda icra başçısı Alimpaşa Məmmədovu tənqid edib?!
16:49 15-01-2020 | icon 625

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını qəbul edib.

Unikal.org xəbər verir ki, Samir Nuriyev iclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu tənqid edib.

Administrasiya rəhbəri A.Məmmədova Şəmkirdə  keçirilən Bələdiyyə Seçkilərinə müdaxilə etdiyi və vətəndaşların şikayətlərinə laqeyd yanaşdığı üçün iradını bildirib.

Qeyd edək ki, media da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun qanunsuz fəaliyyəti ilə bağlı tənqidi məlumatlar yayılır.