Azərbaycanlı rusiyalı qızla evlənmək üçün on min ödədi

Azərbaycanlı rusiyalı qızla evlənmək üçün on min ödədi
16:21 15-01-2020 | icon 200

Rusiyanın Tver vilayətində azərbaycanlı kişi rusiyalı qadınla saxta nikah bağlayıb.

Tver.aif.ru-nun xəbərinə görə, azərbaycanlı 2016-cı ildən Rusiya vətəndaşı ilə nikaha girib.

Rusiya vətandaşlığını almaq istəyən şəxs onunla nikaha girməsi üçün qadına 10 000 rubl (276 AZN) ödəyib.

Cütlüyün bir yerdə yaşamadığı, ortaq büdcələrinin olmadığı məlum olub.

“Bu şəxsin nikah bağlamaqda məqsədi Rusiyada müvəqqəti yaşayış icazəsi, sonra isə vətəndaşlıq almaq məqsədi daşıyıb”, - deyə bölgə prokurorluğundan bildirilib.

Qeyd edilir ki, hazırda azərbaycanlının 2023-cü ilə qədər qüvvədə olan yaşayış icazəsi var.

Prokurorluq nikahın etibarsız elan edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə prokurorun tələbini təmin edib.