“Yuventus”dan Türkiyə millisinə bəd xəbər: Demiral yaşıl meydandan uzaq qalacaq

“Yuventus”dan Türkiyə millisinə bəd xəbər: Demiral yaşıl meydandan uzaq qalacaq
16:07 15-01-2020 | icon 168

İtaliya A seriyasında mübarizə aparan “Yuventus” klubu Türkiyə millisinin də şərəfini qoruyan futbolçusu Merih Demiralın əməliyyat edildiyini və altı-yeddi ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

“HaberGlobal”ın məlumatına görə, “Yuventus”un açıqlamasında A Seriyasının 19-cu həftəsində Roma ilə səfər oyununun 16-cı dəqiqəsində zədələnən Dəmiralın Avstriyanın İnsbruk şəhərində əməliyyat edildiyi qeyd olunub.

Məlumata görə, türk ulduzun sol dizinin ön çarpaz bağlarında zədələnmə aşkarlanıb.