Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu

Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu
14:28 15-01-2020 | icon 187

Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunda ikinci oyununa çıxıb.

milletinsesi.info xəbər verir ki, Dadaşovun formasını geyindiyi “Vulverhempton”un 23 yaşadək komandası (U-23) Birminqem Senior Kuboku çərçivəsində səfərdə “Tivideyl” klubu ilə qarşılaşıb. 

Görüş “Vulverhempton”un 6:0 hesablı qələbəsiylə başa çatıb. Oyuna start heyətdə çıxan Dadaşov iki qol vurub. O, 31 və 55-ci dəqiqələrdə fərqlənib.

Bununla da “Vulverhempton” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi “Leminqton” komandası olacaq.

Qeyd edək ki, Renat Dadaşov beş gün əvvəl Premyer Liqa 2-də “Bləkbörn Rovers”lə görüşdə start heyətdə meydanda olmuşdu. Həmin matçda “canavarlar”ın U-23 komandası qonaq komandaya 0:1 hesabı ilə uduzmuşdu.

Hazırda çempionatda 11 xalla sondan ikinci – XI sırada olan “Vulverhempton”un gənc komandası yanvarın 20-də Premyer Liqa Kubokunda “Derbi Kaunti” ilə qarşılaşacaq. Qalib komanda bu turnirin qrup mərhələsində liderliyə yüksələcək.

Səbuhi Musayev