Nikol Paşinyan prokurorluqda dindirildi

Nikol Paşinyan prokurorluqda dindirildi
14:07 15-01-2020 | icon 65

Bu gün səhər saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Baş Prokurorluğuna çağırılıb. Nikol Paşinyan Xüsusi İstintaq Komitəsində müstəntiqin suallarını cavablandırıb.

“Sputnik Armenia” məlumat verir ki, N.Paşinyan müstəntiqin dindirilməsi ilə əlaqədar özünün “Facebook” hesabında məlumat yayıb.

Lakin Baş nazir istintaqa dəvət olunmasının səbəbləri haqda məlumat verməyib. Yerli kütləvi informasiya vasitələrində yayılan xəbərə əsasən, Nikol Paşinyan ötən il aprel ayında qohumuna açılan cinayət işi ilə əlaqədar dindirilir.

Daha əvvəl Nikol Paşinyan qohumlarından birinin öz səlahiyyətlərindən sui-istifadə etdiyi haqda açıqlama verib. Baş nazirin dayısı oğlu Mamikon Ovanisyan “Dilijan” Milli Parkının direktor müavini vəzifəsində işə düzəlmək üçün diplomunu saxtalaşdırıb.  Araşdırma zamanı sənədin saxta olduğu öz təsdiqini tapıb.