Bir gecədə iki xəstənin öldüyü institutun direktoru: Bu məlumatı hansısa yaramaz sizə ötürüb

Bir gecədə iki xəstənin öldüyü institutun direktoru: Bu məlumatı hansısa yaramaz sizə ötürüb
13:35 15-01-2020 | icon 355

Xəbər verdiyimiz kimi, bu gün Ağciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova bildirib ki, ağır xəstələrin ölməsi normal hadisədir:

“Bu məlumatı hansısa yaramaz bir sensassiya kimi sizə ötürüb. Belə ölüm hadisələri olur. Amma bu, o demək deyil ki, onlara baxış yoxdur. Onlar hər ikisi ağır xəstə olublar. Bizdə ölüm komissiyası var. Bunların da ölüm səbəbləri araşdırılacaq. Onların hansı səbəbdən ölmələrini isə sizə deyə bilməyəcəm. Bu həkim sirri məsələsidir”.

Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Bu sözləri milletinsesi.info-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib.

O bildirib ki, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib: “Hər iki xəstə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi. Əvvəllər narkotik vasitə istifadəçisi olub. Müalicə dövründə həkim personalı əllərindən gələni ediblər. Hətta xəstə müalicə dövründə kəskin reaksiya göstərərək həkimlərin üzərinə bıçaq da çəkmişdi.

Digər xəstə Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu isə qanaxma ilə daxil olub. Əvvəl vəziyyətinə uyğun olaraq cərrahiyə, daha sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlarında qəflətən xəstənin ağciyərlərində qanaxma başlayıb və boğulmadan dünyasını dəyişib. Həkimlər hər iki xəstə üçün əllərindən gələni etsə də onların həyatını xilas etmək mümkün olmayıb”.