Əməkdar artistin qızının nişanından FOTOSESSİYA

Əməkdar artistin qızının nişanından FOTOSESSİYA
13:28 15-01-2020 | icon 130

Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigarın ötən ilin dekabr ayında baş tutan dəbdəbəli nişan mərasimindən yeni fotolar sosial şəbəkəyə sızıb. 

milletinsesi.info xəbər verir ki, şəkilləri tanınmış fotoqraf Niko Abbasov şəxsi “Instagram” hesabında yayımlayıb.

Biri-birindən qlamur və al-əlvan fotolar izləyicilərin diqqətini çəkib.

Paytaxt restoranlarının birində baş tutan nişan mərasiminə Nüşabə Ələsgərlinin say-seçmə sənət yoldaşları təşrif buyurub. 

Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı şəxs Türkiyə vətəndaş, iş adamı Doğandır. Nigarın gələcək əri Türkiyədə bir neçə restoran şəbəkəsinə rəhbərlik edir.

Rəşad Əliyev