Putin və Buşun Soçidə rəqsi - VİDEO

Putin və Buşun Soçidə rəqsi - VİDEO
17:49 14-01-2020 | icon 424

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın sabiq Prezidenti Kiçik Corc Buşun rəqsinin arxiv görüntülərini paylaşıb.

Bu barədə Tengrinews.kz xəbər verib. 

Bildirilir ki, video 2008-ci ildə Soçidə çəkilib.

Bu görüş, həmçinin, “vida səfəri” də adlanır. Çünki Putin burada Kiçik Corc Buşla son dəfə prezident mövqeyində görüşür.