Həbsxanaya heç kəsin ağlına gəlməyən formada narkotik ötürdülər - VİDEO

Həbsxanaya heç kəsin ağlına gəlməyən formada narkotik ötürdülər - VİDEO
15:14 14-01-2020 | icon 281

Rusiyada məhkumlara qeyri-adi üsulla narkotik ötürülməsinin üstü açılıb. Belə ki, əldəqayırma pnevmatik silahın köməyi ilə həbsxananın ərazisinə “narkotik atışı” həyata keçirilirmiş.

Bu barədə REN TV hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Bildirilir ki, bundan əvvəl Federal Penitensiar Xidmətin əməkdaşları həbsxana ərazisinə baxış zamanı üç narkotik “bükməsi” aşkarlayıblar.

Qadağan olunmuş maddələr müsadirə edilib.

Araşdırma zamanı üç nəfər saxlanılıb. Şübhəlilərdən birinin üzərində 500 qram narkotik aşkarlanaraq götürülüb. Pnevmatik silah isə müsadirə olunub.