Nəsiminin icra başçısı da vəzifəsindən alınacaq?!

Nəsiminin icra başçısı da vəzifəsindən alınacaq?!
02:08 05-12-2019 | icon 277

Azərbaycan prezidentinin hökumət daxilində başlatdığı islahatlar sürətlə davam etməkdədir. Son zamanlar əhali arasında mənfi reputasiyası olan icra başçıları, iri çinli məmurlar görəvdən alınır. Onların yerinə isə əhalinin rəğbətini qazana biləcək, gənc və potensialları kadrlar gətirilir.

Cəmiyyət tərəfindən də bu islahatlar yüksək qiymətləndirilir və alqışlanır. Gundeminfo.az-a daxil olan məlumata əsasən hələ də vətəndaşları dinləməyən, özünü hər kəsdən üstün tutan vəzifə sahibləri var ki, yaxın günlərdə işlərini itirəcəklərini bilirlər.
Belə məmurlardan biri də Nəsimin icra başçısı Asif Əsgərovdur. Gundeminfo.az-a danışan mənbəmiz bildirir ki, son zamanlar vəzifəsini itirən, dövlət başçısının etimadını itirmiş bir neçə məmurun himayə etdiyi icra başçılarından biri də Asif Əsgərovdur.

Əsgərov Asif Yunis oğlu 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Lakin vəzifəyə təyin edildiyi gündən rəhbəri olduğu rayonda vətəndaşların narazılıqlarını dinləməz, onların tapdanan haqlarını müdafiə etməz.

Bundan başqa Asif Əsgərov bu günlərdə vəzifəsindən atılan bir neçə yüksək çinli məmura güvənərək, media üzərində də bir sıra üstünlüklər qazana bilmişdi.
Lakin son günlər baş verənlər bir daha sübut etdi ki, əslində Asif Əsgərov öz himayədarlarına güvənərək, öz ailə üzvlərinə böyük imtiyazlar qaandıra bilib. Hətta bir zamanlar bu icra başçısının oğlu avtoqəza keçirib, tezliklə azadlığa da çıxa bilmişdi.

Nəticə etibarilə də uzun zamandır ki, toxunulmaz persona statusu qazana bilən Asif Əsgərovun artıq yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı qaçılmazıdır.


Gundeminfo.az-a bilgi verən mənbə bildirir ki, Bakının kifayət qədər strateji rayonlarından olan Nəsimi rayonunda yaşanan xaosu ortadan qaldırmaq üçün yaxın günlərdə bu rayona daha layiqli bir şəxsin icra başçısı təyin olunacağı gözlənilir. Mövzu ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.

Mənbə Gundeminfo.az