Abşeronda torpaqları kim satır? - Gerçək bir xaosun izi ilə 

Abşeronda torpaqları kim satır? - Gerçək bir xaosun izi ilə 
02:00 05-12-2019 | icon 551

Bakı ətrafı kəndləri olan, Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından biri olmuş Abşeron rayonunda tam bir xaos hökm sürməkdədir. Bu rayonun Bakıya birləşik olmasına ramən insanlar gerçək dərdlərini dinləyəcək ünvan tapa bilmirlər.

Gundeminfo.az-a daxil olan məlumatlardan belə aydın olur ki, Xırdalan, Saray, Masazır sakinlərinin yolsuzluq, içməli su, telefon-telekommunikasiya dərdi, qış aylarında mavi qaz problemi, elektrik enerjisi dərdi qalaq qalaq yığılıb qalıb.

Amma dərdini deyə biləcək ünvan tapmayan sakinlər dövlət başçısı Cənab İlham Əliyevə, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək zorunda qalırlar. Müraciət hazırlayaraq yollayırlar. İnsafən dövlət başçısı da bu rayonun daxili küçələrinin abadlaşdırılmasına, yeni kommunikasiya xətlərinin qurulmasına dəstək olur, dövlət büdcəsindən vəsaitlər ayırır. Bəs hanı bu vəsaitlər?

Tam bir ildir ki, xaotik durumda olan Abşerondakı tikinti, təmir, abadsızlıq işlərinə diqqət edək. O qədər bələdiyyə başçısı, o qədər yerli məmur var ki, əhalinin xeyrinə olan bir addımı belə rüşvət olmadan atmırlar. Sonsuza qədər faktlar müraciətlər var. Zamanla təqdim edəcəyik.

Abşeron rayonunun ən böyük dərdi icra başçısının adından son 4 ildə qanunsuz olaraq bələdiyyə sədrlədinin təqdimatı ilə satılan torpaqlardır.

Təsəvvür edirsinizmi, Bakı şəhərinin əhalisinin az qala yarısının içməli suyla təchizatını təmin edən Şollar Su Kanalının üzərindəki torpaqlar əvvəlcə yerli bələdiyyənin təqdimatı əsasında Rayon Memarlıq İdarəsinə, daha sonra da icra başçısında ünvanlanan və imzalatdırılan məktublarla "kimlərəsə" "istifadəsinə verilməsinə edtiraz etmirəm" dərkənarı ilə satılır.

"Rəsmi maklerlər" belə məktublarla Xırdalan, Masazır və Saray qəsəbələrində bələdiyyənin təqdimatı, Memarlıq İdarəsinin "təqdimatı ilə" "icra başçısının icazəsi" (?) sənədləri ilə satır.

Yaxın günlərdə sənədlər və detallı olaraq digər fatlarla bu bərədə geniş yazılarımız olacaq bizi izləyin.

- Abşeron Rayonunda torpaqları hansı bələdiyyələr müvəqqəti istifadə üçün icra başçısının razılığı ilə sata bilir?

- Abşeronda 10 il öncə inşa edilmiş məktəblər, çəkilmiş yollar necə 2019-cu ilin statistikasına salınır?

- Hansı ərazilərdə Bakının içməli su təchizatı üçün nəzərdə tutulan boruların üzərində bələdiyyəlinin təqdimatına icra başçısı tikinti aparmaq üçün razılıq verib?

- Abşeronda Kənd Təsərrüfatı təyinatlı torpaqlar necə satışa çıxarılır, necə sənədləşdirilir? Prossesdən əldə edilən gəlirlər kimlərin "kassasına" daxil olur?

Bu və daha sonsuza qədər suaalrla bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mənbə Gundeminfo.az