Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb

Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb
01:14 05-12-2019 | icon 44

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. Qəza Maştağa qəsəbəsində baş verib.

49 yaşlı Süleymanov Bahadur Bəhlul oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən “Hyundai” markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. B.Süleymanova qaşüstü nahiyənin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.