Yeddi yaşından başlayaraq dörd il ərzində doğma qardaşı tərəfindən zorlandı - VİDEO

Yeddi yaşından başlayaraq dörd il ərzində doğma qardaşı tərəfindən zorlandı - VİDEO
23:28 04-12-2019 | icon 51

Yeddi yaşından etibarən dörd il ərzində qardaşı tərəfindən zorlanan qız ana olandan sonra həqiqətləri danışmaq qərarına gəlib. O, “Channel-4” kanalında yayımlanan “The Family Secret” verilişində hər şeyi bəyan edib.

Bu barədə “Daily Mail” xəbər verir.

Bildirilir ki, hazırda 33 yaşında olan Ket yeddi yaşında olarkən o zaman 11 yaşında olan böyük qardaşı tərəfindən dörd il ərzində həftədə üç dəfə zorlanıb. Sonrakı 25 il ərzində qız ona inanmayacaqlarını zənn edərək bu barədə heç kimə heç nə deməyib. Lakin 32 yaşında ana olandan sonra ailəsinə hər şeyi açmaq qərarına gəlib.

Anası Andreanın dəstəyini alan Ket verilişdə qardaşı ilə üzləşib.

"Mən 25 il bu sirlə yaşamışam. Bu insanı içəridən yeyir. Ancaq qurban və cani həqiqətdə nələrin baş verdiyini bilir. Mən bu yalanla yaşamağa davam edə bilmərəm. Mən onunla üzləşməli və gözlərinin içinə baxmalıyam... Bu gün məhv olan hər şeyin kökündə o var", - deyə o bildirib.

Keyt onu da bildirib ki, bəzi qurbanların suallarına cavab lazımdır və bunu ancaq cani cavablandıra bilər.

Sonra otağa Robert dəvət olunur, o, anası və bacısının qarşısında oturur.

Robertə bu barədə danışmaq təklif ediləndə o, bərk əsəb keçirdiyini deyib.

“Hər şey bir gecə babamgildə başladı... Biz eyni çarpayıda yatırdıq. Mən Ketdən böyüklər kimi üstümə uzanmasını istədim və sonra elə bil qucaqlaşdıq. Mən fiziki cəhətdən çox həyəcanlandım. Yadımda deyil ki, mən həmin gecə nə qədər uzağa getdim, xatırlaya bilmirəm”.

Ket isə hər şeyi bir az fərqli xatırladığını bildirib: “O, yatağa gələndə məndən soruşdu: “Ata-analar kimi qucaqlaşmaq istəyirsən?” Sonra məndən onun üstündə oturmağımı xahiş elədi...”

Ketin sözlərinə görə, bundan sonra qardaşı onu zorlayıb...

“Düşünürəm ki, yazıq balaca qız buna layiq deyildi, buna heç kim layiq deyil, xüsusən də qardaşı tərəfindən zorlanmağa... Özünün etdiklərindən məni qorumalı və müdafiə etməli olan qardaşım var idi. Dünyada daha heç bir şey təhlükəsiz deyil”.

Ketin sözlərinə görə, səhəri gün heç nə olmamış kimi hər şey qaydasına düşdü, ancaq bu kabusun başlanğıcı imiş.

O, bundan sonra qardaşının 4 il ərzində həftədə 2-3 dəfə onun otağına gələrək, onu zorladığını bildirib.

Qızın sözlərinə görə, artıq 11 yaşı olarkən bu bitib:

“Artıq özümə güvənəndə o, otağa girərkən onu vurmağa və onunla dalaşmağa başladım. Bundan sonra o bir daha mənim otağıma girmədi”.

Bununla belə, Ket zorlanmanın bitməsinin onun tamamilə yox olması anlamına gəlmədiyini vurğulayıb.

Ket bu barədə valideynlərinə deməməsinin səbəbini anasının qəlbini qırmaq istəməməsi ilə izah edib. O, hətta bir dəfə anasına hekayə kimi bunu danışmaq istəyib və deyib ki, “Robert belə bir şey etsəydi, nə baş verərdi?” Anası isə həmin vaxt bildirib ki, qardaşı heç vaxt ona qarşı belə bir hərəkət etməz.

Andrea bu olanlarda özünü qınayaraq, nəyi boş buraxdığını anlamadığını bildirib. Onun sözlərinə görə, bir dəfə Roberti qızının yanında qeyri-müəyyən halda görüb, ancaq həmin vaxt oğlu Ket ağladığı üçün ona yaxınlaşdığını deyib.

Uzun illər bu sirri qəlbində gəzdirən Ket üçün dönüş nöqtəsi isə oğlu dünyaya gələndən sonra olub.

“O mənim oğlumu oynadarkən, əlinin harda gəzdiyini bilmirdim, buna görə istəmədim ki, mənim başıma gətirdiyini körpə balamın da başına gətirsin”.

Bundan sonra o, valideynlərini və o biri qardaşı Qremi evinə çağırıb:

“Mən sadəcə dedim ki, Robertdə yola getməməyimizin səbəbi mən uşaq olarkən onun məni zorlaması olub”. Əgər siz qəlb qırıltısının səsini eşitsəydiniz, anamın ürəyinin həmin vaxt necə qırılmasının səsini eşidərdiniz”.

“Bu bir növ sürreal bir şey idi: valideyn kimi ən dəhşətli kabusu yaşadıq. Mən onu qucaqlayaraq, ona inandığımı dedim. Kris də başını aşağı saldı”, - deyə ana bildirib.

Sosial işçi olan Andrea bundan sonra qızından polisə getməsini tələb edib.

“Mən onun yenə bu cür hərəkətlər etməsini istəmirəm və ittiham olunacağına ümidvaram”. Sonra Ket polisə müraciət edib və nəhayət, Robert təqsirini etiraf edib.

Lakin zorakılıq hadisəsi 1997-ci ildə bitmişdi. Buna görə, həmin vaxt 14 yaşı olan Robertə qarşı ittiham irəli sürülmür.

Qeyd edək ki, bu hadisədə ata Robertin yanında olduğu üçün Andreanın ailəsi dağılıb, onlar boşanıblar.

“Mən oğlumu sevməkdən vaz keçə bilmərəm”, - deyə ata bildirib.