Lənkəranda bıçaqlanan gəncin vəziyyəti ağırdır

Lənkəranda bıçaqlanan gəncin vəziyyəti ağırdır
23:07 04-12-2019 | icon 36

Lənkəranda 25 yaşlı gənc bıçaqlanıb, vəziyyəti ağırdır.

milletinsesi.info-ın bölgə müxbirinin xəbərinə görə, 25 yaşlı Səfərov Aqil Baloğlan oğlu yaşadığı Yuxarı Nüvədi kəndində kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı kürəkarası nahiyənin kəsilmiş-deşilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan yaralı hazırda həkimlər tərəfindən əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.