Liderlər Trampın qeybətini edərkən görüntüləndilər - VİDEO

Liderlər Trampın qeybətini edərkən görüntüləndilər - VİDEO
21:28 04-12-2019 | icon 39

İngiltərənin paytaxtı Londonda keçirilən NATO 70-ci il zirvəsində iştirak edən liderlər kraliça II Yelizavetanın dəvətilə Bukingem sarayında təşkil olunan qəbulda iştirak ediblər.

“Hürriyət” xəbər verir ki, Kanada Prezidenti Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron və İngiltərə Baş naziri Boris Consonun tədbirdə ABŞ Prezidenti Donald Tramp barədə danışmaları kameralarda əksini tapıb.

Görüntülərdə Boris Consonun Makron “niyə gecikdin?” sualını verdiyi, Kanada Baş naziri Castin Trüdonun isə bu zaman araya girərək “gecikdi, çünki mətbuat konfransı 40 dəqiqə çəkdi” dediyi eşidilib. Trüdo bundan sonra Trampın komandasını nəzərdə tutaraq “hamısının ağızlarının bir qarış açıq qaldığını izlədiniz” deyib və liderlərin hər üçü gülməyə başlayıb.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makron arasında görüş təxminən 40 dəqiqə davam etmişdi.