Türkiyəli “Robin Qud” sakinlərin marketlərdəki borclarını ödəyir

20:35 04-12-2019
|
60

Türkiyənin İstanbul şəhərində market borclarını ödəyən xeyriyyəçi peyda olub.
O, şəhərin fərqli bölgələrində məhəllə marketlərinə girərək, sakinlərin borclarını ödəyib.
Sondakika.com-un xəbərinə görə, xeyriyyəçi özünü “Robin Qud” kimi tanıdıb.
İndi digər marketlərin sahibləri də sirli xeyriyyəçinin gəlib borcları ödəyəcəyini gözləyir.