Qvardiola klubunu “Bavariya” ilə səhv saldı

Qvardiola klubunu “Bavariya” ilə səhv saldı
20:00 04-12-2019 | icon 70

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın mətbuat konfransında çıxışı zamanı klubunu “Bavariya” ilə səhv salması gülüş doğurub.

Life.ru xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 15-ci turunda “Mançester Siti”nin “Bernli” ilə qarşılaşmasından sonra baş məşqçinin jurnalistlərlə söhbəti zamanı yaşanıb.

“Rodri uyğunlaşır və o bu liqa üçün idealdır. Mən düşünürəm ki, Münhen “Bavariyası”... Hansı “Bavariya” axı? (bu an başına vurur) “Mançester Siti” alıb! Münhen “Bavariyası” haradan çıxdı? Mən nə fikirləşirəm?” - Qvardiola bildirib.

Qvardiolanın bu sözləri zaldakıların gülüşünə səbəb olub.

Xatırladaq ki, Pep Qvardiola 2013-cü ildən 2016-cı ilə qədər “Bavariya”nı çalışdırıb.