Hərbi qulluqçumuz vəfat etdi

Hərbi qulluqçumuz vəfat etdi
20:00 04-12-2019 | icon 37

Hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu vəfat edib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zabitimiz səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.