Tramp rəqibini istehza ilə yola saldı: Sənin üçün darıxacağıq, Kamala!

Tramp rəqibini istehza ilə yola saldı: Sənin üçün darıxacağıq, Kamala!
17:00 04-12-2019 | icon 57

ABŞ Prezidenti Donald Tramp Kaliforniyadan olan senator Kamala Harrisin demokratların ABŞ prezidentliyinə namizədi olmaq uğrunda mübarizədən çıxmaq qərarına istehza ilə yanaşıb.  

“RİA Novosti” xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

“Heyf, sənin üçün darıxacağıq, Kamala!”, - Tramp bildirib.

ABŞ Prezidenti 2016-cı ildə bir müddət seçki qərargahına rəhbərlik etmiş Kori Levandovskinin paylaşımını da “retvit” edib.

“Çıxmaq göründüyü kimi asan deyil. Tramp insanlarla əlaqə tapıb, buna görə də 38 praymerizin qalibi olub”, - Levandovski yazıb.

Qeyd edək ki, Harris toplanan vəsait çatışmazlığına görə seçki yarışında iştirakını dayandırıb.