Ukraynada kollecdə yanğın: Ölən və xəsarət alanlar var - VİDEO

Ukraynada kollecdə yanğın: Ölən və xəsarət alanlar var - VİDEO
16:56 04-12-2019 | icon 32

Ukraynanın Odessa şəhərində memarlıq abidəsi olan, hazırda isə kollec kimi fəaliyyət göstərən binada yanğın hadisəsi baş verib. 

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata əsasən, yanğın nəticəsində 18 şagird xəsarət alıb, bir nəfər müəllimin isə həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alanlar arasında beş nəfər yanğınsöndürən də var. 

Hadisə yerinə səhər saatlarından yanğınsöndürən maşınlar cəlb edilsə də, bu saata qədər yanğını söndürmək mümkün olmayıb.