Dünyanın üç ən reytinqli azərbaycanlı taekvondoçusu ilin son yarışına gedir

Dünyanın üç ən reytinqli azərbaycanlı taekvondoçusu ilin son yarışına gedir
16:56 04-12-2019 | icon 44

Rusiyanın paytaxtı Moskvada Qran-Pri turnirinin final mərhələsi keçiriləcək. 

milletinsesi.info xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə taekvondoçularımız həlledici mərhələyə qatılmaq üçün bu gün Moskva şəhərinə yollanır.

Baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun sərəncamında olan idmançılardan Cavad Ağayev (-68 kq), Milad Beiqi Hərçəqani (-80 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq. 42 ölkədən 128 idmançının qatılacağı yarışlar Moskvanın “Dinamo” idman sarayında 6-7 dekabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuların mübarizə aparacağı final mərhələsinin mükafatçıları aktivlərinə müvafiq olaraq 80, 48 və 28,8 reytinq xalı əlavə edəcək.

Komandamız dekabrın 8-də vətənə dönəcək.