BMT Baş Assambleyası İsraildən Qolanı tərk etməsini istədi

BMT Baş Assambleyası İsraildən Qolanı tərk etməsini istədi
16:56 04-12-2019 | icon 54

BMT Baş Assambleyası İsrailin işğal edilmiş Qolan yüksəkliklərini tərk etməsi tələbi ilə qətnamə qəbul edib.

“RİA Novosti” xəbər verir ki, sənədin lehinə 91, əleyhinə doqquz dövlət səs verib, 65 dövlət bitərəf qalıb.

Sənədlə Təl-Əviv Suriyanın Qolan yüksəkliklərindən 4 iyun 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə təsdiq edilmiş xəttə qədər çəkilməsinə çağırış edilib.

Qətnamə müəllifləri qeyd ediblər ki, Qolanın işğalı davam edir və buranın faktiki ilhaqı bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün əldə olunması yolunda bir maneədir.