Prezident deputat Rüstəm Xəlilovu Hacıqabul rayonuna icra başçısı təyin edib

Prezident deputat Rüstəm Xəlilovu Hacıqabul rayonuna icra başçısı təyin edib
16:10 04-12-2019 | icon 142

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Kərəm oğlu Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

MillətinSəsi.info-nun xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rüstəm Xəlilov bu təyinatadək 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin deputatı idi. R.Xəlilov 2005, 2010 və 2015-ci ildə keçirilən parlament seçkilərində deputat seçilib.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.