Məhkəmə külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə bəraət verdi

Məhkəmə külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə bəraət verdi
15:00 04-12-2019 | icon 39

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elxan Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Vəkil Əli Hüseynovun milletinsesi.info-a verdiyi xəbərə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, E. Babayev barəsində elan olunmuş hökm ləğv edilib və ona bəraət verilib. E.Babayev məhkəmə iclas zalından azadlığıa buraxılıb.

Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İttiham aktına əsasən, o, Bakıda üç nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

E.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.