MN Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirdi

MN Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirdi
14:07 04-12-2019 | icon 109

Müdafiə Nazirliyi Göyçayda evin həyətinə düşən bağlama barədə məsələyə münasibət bildirib. 

MN-dən milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir:

“Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

Qeyd edək ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlama düşüb və üzərində “Ermənilər şərərfsizdir, hər şey vətən üçün” yazısı yayılıb. 

İlhamə Əbülfət