Altı minlik pencəklə gündəmə gələn Anar Ağakişiyev: Müştərilərə yüksək səviyyədə “servis” göstərirəm

Altı minlik pencəklə gündəmə gələn Anar Ağakişiyev: Müştərilərə yüksək səviyyədə “servis” göstərirəm
12:42 04-12-2019 | icon 49

İnstanbulda təzə evimə köçəndə sizi qonaq çağıracağam. Gəlib qarderobumda olan geyimlərimi görərsiniz. Bahalı əşyalarımın içində pencək də var, ayaqqabı da.

Bu sözləri dünya şöhrətli makiyaj ustası və stilist Anar Ağakişiyev milletinsesi.info-a müsahibəsində dilə gətirib.

Anar əyninə geyindiyi altı min manatlıq pencəyə görə sosial mediada başının ağrıdığını bildirib:

“Sosial şəbəkələrdə əynimə geyindiyim “Gucci” brendinə məxsus bahalı penceklə şərh atəşinə tutulmuşam. Siz də mənim kimi, bahalı, zövqlü geyinmək istəyirsinizsə, işləyin. Mən hər gün səhər saat 7-də oyanıram. Bu pencəyi geyinmək üçün yüksək pilləyə gəlib çatmışam.

Müştərilərimin bütün kaprizlərinə dözürəm. Bu üzümə tüpürürlər, silirəm, o biri üzümü qoyuram. Müştərilərə yüksək səviyyədə “servis” göstərirəm. Uzanıb tavana tüpürürsünüz, heç bir şey etmirsiniz (şərhləri yazan red.), elə ona görə də mənim geyindiyim pencəkləri geyinə bilməzsiniz.

Əgər mən bu pencəyi geyinmək istəyirəmsə, işləyirəm və istəyimə nail oluram. Sizin də işləməyə həvəsiniz olsun. Boş-bekar gəzməklə, ondan-bundan narazılıqlar etməklə heç nə əldə edə bilməyəcəksiniz”.

Ağakişiyev redaksiyamızın əməkdaşı ilə söhbətində İstanbulda gözəllik salonu açmaq planlarından da bəhs edib:

“İstanbulda gözəllik salonu açmaq niyyətindəyəm. Amma bu haqda hələ dəqiq məlumat verə bilmərəm. Salon açmaq və salona nəzarət etmək çətindir. Hər şeyə olduqca diqqətlə yanaşıram. Bu mənim xasiyyətimdən irəli gəlir. Hər bir şeyi bir-bir yoxlayıram”.

“Bu qədər enerjini haradan alırsınız? Sevgi, eşq yaşayırsınız?” ,  suallarına Anar Ağakişiyev bu cür reaksiya verib:  

“Deyim ki sevgilim var, yox... Elə şeylərə inanmıram. Həqiqətən də, özümə məəttəl qalmışam ki, bu qədər enerjini haradan götürürəm. Bəzən elə olur ki, bir həftədə yeddi ölkəyə səfər edirəm. Üç saat orada, bir saat burada. Sonra gəlib yenə də işləyirəm. Adətən, insanlar gücü sevgidən, eşqdən alırlar, amma mənim sevgilim yoxdur.

Sevgi mövzusunda qəddarlaşmışam. Açıq etiraf edim ki, karyerist olmuşam. Əvvələr elə deyildim. Çalışırdım ki, hər şey gözəl, romantik olsun. Dünya qapıları artıq üç ildir ki, üzümə açılıb.

Nə qədər ki o qapılar açıqdır, istəyirəm bütün dünya məni tanısın və deyim ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Xaricdəkilərə  həqiqətləri yedizdirim. Bunları etməyimə az qalıb, uzağı bir il. Xaricə köçüb orada yaşayanda istəklərimə daha tez nail olacağam”.

Rəşad Əliyev