Şabranda maskalı şəxslər evə basqın edib, qadını ölümlə hədələdilər

Şabranda maskalı şəxslər evə basqın edib, qadını ölümlə hədələdilər
10:42 04-12-2019 | icon 43

Şabran rayonunda qadının evi talanıb.

milletinsesi.info xəbər verir ki, hadisə rayonun, “Üç sotlar” yaşayış massivində qeydə alınıb.

Noyabrın 27-də, 20:30 radələrində 25-30 yaşlarında iki nəfər naməlum maskalı şəxs Gülməmmədova Jalə Saleh qızının evinə basqın edərək ona zor tətbiq edib, bıçaqla hədələyərək, 50 manat pulunu alıb və hadisə yerindən qaçıblar.

J.Gülməmmədova bildirir ki, onlar qızıl-zinət əşyalarını çox axtarsalar da, heç nə tapmadıqları üçün evdən uzaqlaşıblar. 

Faktla bağlı Şabrab Rayon Polis Şöbəsində cinayət işi başlanıb.