Bağdadinin köməkçisi İraqda tutuldu

Bağdadinin köməkçisi İraqda tutuldu
10:35 04-12-2019 | icon 54

İŞİD-in oktyabr ayında zərərsizləşdirilən lideri Əbubəkr Bağdadinin əmisi oğlu və köməkçisi İraqın Kərkük şəhərində saxlanılıb.

“Alsumaria” telekanalı xəbər verir ki, bu barədə İraqın güc strukturları informasiya yayıb.

Bildirilir ki, əsl adı Hamed Şaker Saba Əl-Bədri olan bu şəxs İbn Haldun kimi məşhurdur.

Kirayə qaldığı mənzildə saxlanılan Əl-Bədrinin üzərində saxta sənədlər çıxıb.

Hüquq-mühafizə orqanları Bağdadinin ölümündən sonra Əl-Bədrinin ən çox axtarılan İŞİD üzvlərindən biri olduğunu qeyd edib.