Nümayəndələr Palatası demokratların impiçment hesabatını təsdiqlədi

Nümayəndələr Palatası demokratların impiçment hesabatını təsdiqlədi
10:21 04-12-2019 | icon 32

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Prezident Donald Trampın impiçment proseduru çərçivəsində demokratlar tərəfindən hazırlanmış hesabatı təsdiqləyib.

“RİA Novosti” xəbər verir ki, sənədin qəbulu üçün keçirilən səsvermədə 13 nəfər lehinə, doqquz nəfər əleyhinə səs verib.

Məlumata görə, növbəti mərhələdə hesabat Nümayəndələr Palatasının məhkəmə işləri üzrə komitəsinə veriləcək.