Bred Pitt: Ancelinadan ayrıldıqdan sonra hər gün ağlayıram

Bred Pitt: Ancelinadan ayrıldıqdan sonra hər gün ağlayıram
09:28 04-12-2019 | icon 37

Hollivud ulduzu Bred Pitt  Ancelina Colidən ayrıldıqdan sonra hər gün ağladığını etiraf edib.

milletinsesi.info xəbər verir ki, “Interview” jurnalına müsahibə verən aktyor Colidən ayrıldıqdan sonra həyatında nələrin dəyişdiyini danışıb.

“20 ildir ağlamırdım. Amma indi daha kövrək biri olmuşam. Uşaqlarım, dostlarım və haqqımda çıxan xəbərlərdən sonra daha çox pis olub ağlayıram”, - deyə aktyor bildirib.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 11 illik evlliliyini üç il öncə bitirib. Cütlüyün altı uşağı var.

Sevinc Yasinqızı