Ölən kaşalotun qarnından 100 kiloqram tullantı çıxdı – FOTO

Ölən kaşalotun qarnından 100 kiloqram tullantı çıxdı – FOTO
02:35 04-12-2019 | icon 50

Şotlandiyada sahillərində tapılan ölü kaşalotun qarnından 100 kiloqram müxtəlif məişət tullantısı çıxıb.

“Daily Mail” yazır ki, qasırğa 13 metrlik balinanı Harris adası yaxınlığında dayazlıqa tullayıb. Heyvan dayaz suda 2 saat can verib.

Hadisə yerinə gələn mütəxəssislər tədqiqat apararaq kaşalotun qarnını yarıblar. Oradan balıq torları, şlanqlar, plastik qab-qaşıq çıxıb, zibilin ümumi çəkisi isə 100 kiloqram olub.

Ehtimal olunur ki, bunlar okeana balıq gəmilərindən tökülüb.

Alimlərin fikrincə baş verən anoloji tapıntılar dünya okeanının təhlükədə olduğunu göstərir.