Moskvalı qız ərə getmək üçün kavalerinə 15 milyon verdi

Moskvalı qız ərə getmək üçün kavalerinə 15 milyon verdi
01:56 04-12-2019 | icon 58

Rusiyanın Moskva şəhərində bir kişi sosial şəbəkədə tanış olduğu qıza evlənmə təklifi edib.

Özünü varlı ailədən vəzifəli biri kimi təqdim edən şəxs, ailəsinin yalnız maddi imkanları bərabər olcağı təqdirdə evliliyə razı olacağını deyib.

Buna görə, qızdan öz bank hesabına pul qoymağını istəyib.

Rusiya DİN-dən verilən məlumata görə, qız onun hesabına 15 milyon rubl (397,500 AZN) göndərdikdən sonra fırıldaqçı yoxa çıxıb.

Polislər onu Moskva ətrafında tutublar.

Fırıldaqçının daha əvvəl eyni cinayətə görə 5 il müddətində həbsdə olduğu məlum olub.