Şahzadə Çarlz kral ailəsini “kiçiltməyi” planlaşdırır

Şahzadə Çarlz kral ailəsini “kiçiltməyi” planlaşdırır
01:07 04-12-2019 | icon 57

Bütün dünyanın maraqlı izlədiyi Böyük Britaniyanın kral ailəsində şahzadələrin sayı azaldılacaq.

“Hürriyət” xəbər verir ki, kraliça Yelizavetanın qarşıdakı 18 ay ərzində taxtını təhvil verəcəyi gözlənilən şahzadə Çarlz ailəni “kiçiltməyi” planlaşdırır.

Əgər 71 yaşındakı şahzadə bu iddiaları təsdiqləyib ailəni kiçildərsə, ortada şahzadə Çarlzın ailəsindən başqa ünvan sahibi ailə üzvü qalmayacaq.

Beləliklə rəsmi vəzifə daşıyan ailə üzvlərinin sayı azalacaq və bu da ailənin cəmiyyətin bəzi təbəqələrinin narazılığına səbəb olan xərclərinin azalmasına gətirib çıxaracaq.

İddialara görə, şahzadə Çarlz taxta çıxanda sadəcə özü, həyat yoldaşı Kamilla, oğulları şahzadə Uilyam və şahzadə Harri ilə onların həyat yoldaşları və övladları “kral ailəsi” sayılacaq.

Digər ailə üzvləri heç bir rəsmi vəzifə daşımayıb normal insanlar kimi yaşayacaqlar.