Salyanda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Salyanda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
22:07 03-12-2019 | icon 44

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.  

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə bugün axşam saatlarında Ələt-Astara magistral yolunun 16-cı kilometrliyində, rayonun Xıdırlı kəndinin ərazisində qeydə alınıb.  

Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlunu yolu keçmək istəyən zaman maşın vurub.  

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.  

Naməlum sürücü isə hadisə yerindən qaçıb.  

Faktla bağlı araşdırma aparılır.