“Azəriqaz”da yeni təyinat

“Azəriqaz”da yeni təyinat
20:42 03-12-2019 | icon 51

“Azəriqaz” İstehsalat Birliyində baş direktorun satış və istismar üzrə müavini vəzifəsinə yeni təyinat olub. 

İstehsalat Birliyindən milletinsesi.info-a verilən məlumata görə, baş direktor Ruslan Əliyevin bu gün imzaladığı əmrlə baş direktorun satış və istismar üzrə müavininin vəzifə səlahiyyətlərinin icrası Birliyin Mexanika və energetika şöbəsinin rəisi Cahid Əlsəf oğlu Hüseynova həvalə edilib.