“Ata Ocağı”nın Ləmanı: Başqa yerli seriallara baxmıram

“Ata Ocağı”nın Ləmanı: Başqa yerli seriallara baxmıram
20:35 03-12-2019 | icon 47

“Ata Ocağı” serialı peşəkarlar tərəfindən hazırlandığı üçün tamaşaçılar tərəfindən sevilir. Bizim serialda artıq mövzular yoxdur.

Bunu milletinsesi.info-a açıqlamasında serialın Ləmanı aktrisa Zülfiyyə Qurbanova deyib.

“Serialımız məişət mövzulu olduğu üçün aktualdır. Peşəkarcasına ssenarist qrupu və rejissorumuz da bunun öhdəsindən gələrək serialı tamaşaçıya sevdirə bilib. Həmçinin, serilada yer alan aktyorların kimliyini də unutmaq lazım deyil. Bizim serialda qaymaq sənətçilərimiz rol alır. Onlarla birlikdə oynamaq bizim üçün məktəbdir”, - deyə aktrisa bildirib.

Zülfiyyə Qurbanova hələ ki, Türkiyə və Azərbaycanın birgə çəkdikləri filmlərdən təklif almadığını qeyd edib: “Yalan danışa bilmərəm. Təklif almamışam. Amma bundan sonra təklif gəlsə, sevinərəm”.

Aktrisa yerli seriallara baxmadığını da açıqlayıb:

“Bizim seriallarda bəzən məişət mövzuları qabardılır. Çünki onlar cəmiyyətimizdə baş verən hadisələrdir. Hər şeyin yaxşısı ilə yanaşı, pis tərəfini də göstərməliyik. Bəlkə də kimlərsə çəkdiklərimiz hadisələrdən nümunə götürəcək. Pis şeylərin olmamasını təbliğ edirik. Güzgü kimi hər şeyi ekrana gətiririk. Hər kəs hansısa yaxşı mənada müsbət şeylər götürür. Düşünürəm ki, bizim serialda artıq mövzular yoxdur. Cəmiyyətdə baş verən hər hansı hadisələri çəkirik.  Bütün işlər peşəkarcasına görülərsə, tənqid olunmaz.

Bəyənmədiyimdən deyil, sadəcə vaxtım olmadığı üçün başqa yerli seriallara baxa bilmirəm. Amma zamanım olsa, böyük məmnuniyyətlə baxaram”.

Sevinc Yasinqızı