Azərbaycanda kişi ölümlə hədələndi, sonra körpəsi öldü

Azərbaycanda kişi ölümlə hədələndi, sonra körpəsi öldü
17:07 03-12-2019 | icon 49

Tərtərdə kişi keçmiş arvadı tərəfindən təhdid edilib.

milletinsesi.info xəbər verir ki, dekabrın 2-də Həşimov Elxan İman oğlu keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oktay qızı və onun ailə üzvləri tərəfindən telefonda ölümlə hədələnib.

Ailə yeni doğulan körpəsini ona göstərməyəcəklərini bildiriblər.

Hadisədən sonra E.Həşimov Tərtər Rayon Mərkəzi Xəstəxanasında doğulan körpəsinin öldüyü barədə məlumat alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.