Rafael Dadaşov xəstəxanaya yerləşdirildi

Rafael Dadaşov xəstəxanaya yerləşdirildi
16:14 03-12-2019 | icon 50

Xalq artisti Rafael Dadaşovun səhhətində problem yaranıb.

Səhiyyə Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, Xalq artisti dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.

Hazırda Xalq artistinin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır stabil qiymətləndirilir.