Kəmaləddin Heydərov üçün gerisayım başladı: Yola salınır

Kəmaləddin Heydərov üçün gerisayım başladı: Yola salınır
16:09 03-12-2019 | icon 1080

Prezident İlham Əliyevin başlatdığı kadr islahatları Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan da yan keçməyə bilər. 

Yenisabah.az xəbər verir ki, artıq bu barədə məlumatlar dövriyyəyə buraxılıb. Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən “Gilan Holdinq”in məhkəməyə verilməsi, “Benkons Group”un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi, Tatarıstanda isə 85 milyon dollarlıq iki layihəsinin iflasa uğradığı barədə yayılan məlumatlar Fövqəladə Hallar nazirinin yola salınacağı ilə izah edilir. 

Kəmaləddin Heydərov 24 ildir ki, yüksək vəzifədədir. O, 1995-ci ildən 2006-cı ilə qədər Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ildən indiyədək isə Fövqəladə Hallar naziridir.

Fövqəladə Hallar Nazirliyi (FHN) ən iri dövlət qurumlarından biridir. FHN-in Aparatına 14 idarə, strukturuna 23 qurum daxildir. Bundan başqa, FHN-nin 9 regional mərkəzi var. Bu səbəbdən bəzən media Kəmaləddin Heydərov “föqvəlnazir” kimi təqdim edilir.

Fövqəladə Hallar naziri oliqarx-məmur qrupunun ən öndə gedən simalarından biridir. O, рəm də ən odioz monopolist kimi tanınır. Ona görə də islahat dalğasının Fövqəladə Hallar nazirinin karyerasına son qoyacağı barədə ehtimalların təsdiqi tapacağı gözləniləndir. 

Bəzi iddialara görə, Kəmaləddin Heydərov keçmiş nəqliyyat naziri Ziya Məmmədov kimi yola salına bilər. Yəni, əvvəlcə FHN-nin səlahiyyətləri əlindən alınır, daha sonra isə ləğv edilir və Kəmaləddin Heydərov da Ziya Məmmədov kimi işsiz qalır.

Mənbə Yenisabah.az