Bakıda cinayətkarlar seyfi sındıraraq, pul və zinət əşyalarını aparıblar

Bakıda cinayətkarlar seyfi sındıraraq, pul və zinət əşyalarını aparıblar
15:07 03-12-2019 | icon 42

Bakı şəhəri Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Əlövsət Ağayevə məxsus seyf sındırılaraq, içindəki pul və zinət əşyaları ilə birgə oğurlanıb.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğrular dekabrın 1-nə keçən gecə Bülbülə qəsəbəsində yaşayan Əlövsət Ağayevin qapısının kilidini qıraraq mənzilə daxil olublar. Cinayətkarlar üç min manat pul vəsaiti və 10 min manat dəyəri olan zinət əşyalarının saxlanıldığı seyfin qapısını açmağa müyəssər olublar.

Baş verən oğurluq hadisəsi ilə əlaqədar Suraxanı rayonu 31-ci Polis Bölməsində araşdırmalara başlanılıb. Cinayətlə əlaqədar həbs olunan yoxdur.