Röya: Başa düşürdüm ki, onu çox davam edə bilməyəcəyəm - VİDEO

Röya: Başa düşürdüm ki, onu çox davam edə bilməyəcəyəm - VİDEO
14:56 03-12-2019 | icon 33

“Mən şou-biznesdə deyiləm” sözünü deməmişəm. Satqınlığım yoxdur, bunu da hamı bilir. Bəzi kişi müğənnilər var ki, onlar mənim üçün ölüblər. Bu sözümü qadın müğənnilərə aid etmirəm, çünki qadınlara başqa baxıram. Qadın məni sevmirsə, haqqımda bir söz deyirsə, anlayıram ki uğursuzdur.

milletinsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İctimai televiziyada yayımlanan “3D” proqramında qonaq olarkən dilə gətirib. Verilişin aparıcısı Dadaş Dadaşlinskinin sənətçinin müsahibələrin birində işlətdiyi “Mən şou adamı deyiləm, çünki satqın deyiləm” kəlmələrinə aydınlıq gətirməsini istəyib. O, isə bəzi kişi həmkarlarının bostanlarını daş qalaq edib:

“Şou-biznesdə o adamları qəbul etmirəm ki, onlar sırasında deyiləm. Kişi olaraq onlar sabun kimi bir şeydirlər”.

Proqramın aparıcısının “BDU-nun hüquq fakültəsinə daxil olsanız da, təhsilinizi yarımçıq buraxdınız. Hazırlaşmamış universitetə necə qəbul oldunuz?” sualına isə Röya bu cür reaksiya bildirib:

“Bu, anamın istəyi idi. Başa düşürdüm ki, onu çox davam edə bilməyəcəyəm. O üzdən təhsilim yarımçıq qaldı. Çünki oxumaq lazım idi, gedə bilmədim. Bunlar çox uzun məsələdir. Bizim kimi tələbələr də var. Orada bəzi məqamlar baş vermişdi. Lazımi imtahanlar da verilmişdi. Tam dərinliyə də getməyək”.

Suala tam cavab almadığını görən D.Dadaşlinski Xalq artistinin “Kimin belə sevgilisi var?” mahnısını oxumağa başlayıb. Bu yolla Röyaya söz atıb. Bu isə sənətçinin heç xoşuna gəlməyib. Xalq artistinin cavabı sərt olub:

“Xeyr, bizim həyatımızda o şeylərə yer verilməyib. Mən sevirəm, amma onun həyatımda işimə, təhsilimə və həyat rejimimə aidiyyatı yoxdur. Bunu hamı bilir. İstəyirəm, siz də biləsiniz”.

Röyaya ünvanlanan növbəti aktual suallardan biri isə “Milli Məclisdə növbədənkənar seçkilər keçiriləcək. Millət vəkili olmaq istərdiniz?” olub. Pop ulduz millət vəkili olmaq niyyətində olmadığını bildirib:

“Düşürəm ki, millət vəkili qədər lazımi insanlara öz dəstəyimi yetirirəm. Amma qoy, orada başqa adamlar olsun. Mən öz sənətim ilə məşğulam”.

Rəşad Əliyev