Rasmussen: Türkiyəyə arxa çevirmək tarixi səhv olar

Rasmussen: Türkiyəyə arxa çevirmək tarixi səhv olar
14:35 03-12-2019 | icon 47

Alyans Türkiyəni yalnız buraxmamalıdır, NATO-nun Türkiyəyə arxasını çevirməsi tarixi bir səhv ola bilər.

“The Times” xəbər verir ki, bu sözləri NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen deyib.

2009-2014-cü illərdə təşkilatın baş katibi olan Rasmussen NATO-nun hazırda tarix boyu heç vaxt olmayan qədər siyasi fikir ayrılıqları yaşadığını bildirib. O, həmçinin Türkiyənin Rusiya istehsalı “S-400” sistemlərini seçməsinə baxmayaraq, NATO-nu Ankaranı buraxmamağa çağırıb.