Azərbaycana göndərilən miqrantlar beş il Rusiyaya gedə bilməyəcəklər

Azərbaycana göndərilən miqrantlar beş il Rusiyaya gedə bilməyəcəklər
14:14 03-12-2019 | icon 42

Rusiyanın Xabarovsk şəhərində azərbaycanlı miqrantlar saxlanılıb.

milletinsesi.info-ın xəbərinə görə, saxlanılan dörd miqrantın ikisi azərbaycanlı, ikisi isə Özbəkistan vətəndaşı olub.

Qanunsuz miqrantlar yaşayış yerlərində sənədlərin yoxlanılması zamanı saxlanılıblar.

Onlar qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmaqda və yol-hərəkət qaydaları pozmaqda ittiham olunurlar. 

Federal məhkəmənin məlumatına görə, onlar Rusiyadan deportasiya edilib və beş il müddətində bu dövlətin ərazisinə gələ bilməzlər.

Məhkəmə icraçıları miqrantları sərhəd-buraxılış məntəqəsində sərhədçilərə təhvil veriblər.