XİN rəhbəri: Hərbi-texniki sahədə ideyalarımız var

XİN rəhbəri: Hərbi-texniki sahədə ideyalarımız var
13:49 03-12-2019 | icon 32

Hərbi-texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindən biridir. Biz bu əməkdaşlığı şəffaf, beynəlxalq hüquq və Rusiya-Azərbaycanın qanunları  normaları şəklində inkişaf etdiririk. Azərbaycanla hərbi sahədə əməkdaşlığımız regionda olan balansa uyğun şəkildə inkişafdadır.

milletinsesi.info-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşündən sonra tərəflərin keçirdiyi mətbuat konfransında 
S.Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzv ölkələrin Azərbaycana silah satmamasına dair çağırışına münasibət bildirərkən deyib.

Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov isə qeyd edib ki, hərbi-texniki sahədə olan əməkdaşlıq daima Rusiya ilə olan danışıqların gündəliyində olub:

“Hərbi-texniki sahədə ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik”.

İlhamə Əbülfət